Misir Mərdanov TQDK-ya cavab verdi

Misir Mərdanov TQDK-ya cavab verdi
  21 Fevral 2013    Oxunub:2121
Nazir TQDK-nın yalnız düzgün olan təklif və rəylərinin nəzərə alınacağını bildirib.
Təhsil naziri Misir Mərdanov bu gün istifadədə olan dərsliklərin ləğvi barədə fikir söyləməyin doğru olmadığını söyləyib. O, bu haqda dərs ili başa çatandan sonra danışıla biləcəyini deyib.

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, dərslikləri qəbul və ya ləğv etmək səlahiyyəti hansı quruma verilibsə, yalnız həmin qurum vəsaitləri ləğv edə bilər. M. Mərdanovun sözlərinə görə, TQDK-nın yalnız düzgün olan təklif və rəyləri gələn il dərsliklərin hazırlanmasında hökmən nəzərə alınacaq.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ekspert Şurası tərəfindən I və III siniflərin 5 adda dərsliyinin tədrisdə istifadənin məqsədəuyğun olmadığı barədə rəy çıxarıblar.



Teqlər:  





Xəbər lenti