İrandan narkotik gətirənlər tutuldu

İrandan narkotik gətirənlər tutuldu
  07 Yanvar 2016    Oxunub:1242
İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində heroin aşkar edib. D
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az- a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan vətəndaşı Yusra Əliyevanın üzərinə baxış keçirilib. Yoxlama nəticəsində ondan 1 ədəd bağlamada, ümumi xalis çəkisi 127,760 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda isə İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Rostamnejadlankan Majıd Askarının üzərində yoxlama zamanı ondan 8 ədəd bükümdə, cəmi 38 ədəd metadon adlı həb aşkar edilərək götürülüb.

Xatırladaq ki, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və aşkar olunan 38 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,52 qram təşkil edir.
Hər iki faktla bağlı təhqiqat aparılır.


Teqlər:





Xəbər lenti