“Qızıl Məryəm”in evindən bir milyonluq qızıl tapılıb

“Qızıl Məryəm”in evindən bir milyonluq qızıl tapılıb
  07 Yanvar 2016    Oxunub:6033
Qətlə yetirilmiş iş adamı Məryəm Namidzadənin mənzilində 15 kq qızıl olub.
AzVision.az xəbər verir ki, bu barədə “Report”un müxbirinə onun qonşularından biri məlumat verib. Namidzadə Yeni il bayramı günündə qonşusuna çalışdığı univermaqda alverin zəif getdiyini, hər gün 15 kq qızılı evdən işə, işdən evə apardığını deyib. Qonşu isə mühafizəçi tutmağı məsləhət görüb.

Qeyd edək ki, hazırkı bazar qiymətləri ilə 15 kq-lıq qızılın dəyəri təxminən 1 milyon manatdır.

M.Namidzadənin qızı Günel Hüseynova isə istintaqa ilkin ifadəsində evdən ona məxsus 30 min ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib.
Sonradan isə G.Hüseynova özü və daha üç nəfər şübhəli şəxs qismində saxlanılıb.


Teqlər:  





Xəbər lenti