45 yaşlı kişi evdə ölü tapıldı

45 yaşlı kişi evdə ölü tapıldı
  07 Yanvar 2016    Oxunub:1363
Bakıda mənzildə 45 yaşlı kişi meyiti tapılıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda mənzildə 1971-ci il təvəllüdlü Sapojnikov Eduard Yevgeneviçin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və adıçəkilən şəxsin cəsədini aşkar ediblər. E.Sapojnikovun cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti