Prezident yol çəkilişinə pul ayırdı

Prezident yol çəkilişinə pul ayırdı
  06 Yanvar 2016    Oxunub:2663
Azərbaycan Prezidenti İlham Əliyev Yardımlı rayonunun Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən on min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Yardımlı Rayon İcra Hakimiyyətinə 1,4 milyon (bir milyon dörd yüz min) manat ayrılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti