Obamanın dəvəti münasibətlərə necə təsir edəcək?

Obamanın dəvəti münasibətlərə necə təsir edəcək?
  06 Yanvar 2016    Oxunub:3648
Azərbaycan-ABŞ münasibətlərində soyuqluq yaşandığı bir dövrdə maraqlı bir hadisə baş verib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunub.

Dəvətin ABŞ prezidenti Barak Obama tərəfindən edilməsi iki ölkə arasında yaranan soyuqluğun aradan qaldırılması üçün mühüm addım kimi qiymətləndirilir.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, ABŞ prezidenti Barak Obamanın azərbaycanlı həmkarı İlham Əliyevi Vaşinqtona nüvə sammitinə dəvət etməsi iki ölkə arasındakı münasibətlərin normallaşması baxımından vacibdir:

“Barak Obama ötən dəfəki sammitə İlham Əliyevi dəvət etməmişdi, əvəzində Ermənistan prezidenti Serj Sərkisyan Vaşinqtona getmişdi, bu da Azərbaycan hakimiyyətinin narazılığına səbəb olmuşdu. Bu dəfə Vaşinqton fərqli qərar verdi. Hesab edirəm ki, Azərbaycan prezidentinin ABŞ-a dəvət olunması mühüm hadisədir”

Deputat Sahib Alıyevin fikrincə, ABŞ prezidenti Barak Obamanın Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevi Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsi Kris Smit kimi erməni muzdlularının iki ölkə arasında ilişgiləri pozmaq cəhdlərinin elə cəhd olaraq da qalacağından xəbər verir.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti