Prezident təbrik etdi

Prezident təbrik etdi
  01 Yanvar 2016    Oxunub:1355
Prezident İlham Əliyev Kuba dövlət və nazirlər şurasının sədri raul Kastro Rusa təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrik məktubunda qeyd olunur:

-Hörmətli cənab sədr, Kuba Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına sülh və tərəqqi arzulayıram.

AzVision.az


Teqlər:





Xəbər lenti