Mağazalardan oğurluq edən qadın tutulub

Mağazalardan oğurluq edən qadın tutulub
  31 Dekabr 2015    Oxunub:1407
Paytaxtda mağazalardan geyim əşyaları oğurlayan qadın saxlanılıb.
AzVision.az DİN-nin rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 30-da Bakı şəhər sakinləri Vaqif Əkbərli və Gülşən Əliyevaya məxsus, metronun “28 May” stansiyasının yaxınlığındakı yeraltı keçiddə yerləşən mağazalardan geyim əşyaları oğurlamış paytaxt sakini Aniya Səfərova saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti