Sabah qar yağacaq,yollar buz bağlayacaq

Sabah qar yağacaq,yollar buz bağlayacaq
  31 Dekabr 2015    Oxunub:3262
Yanvar 1-də Bakıətrafı avtomobil yolları buz bağlayacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzVision.az -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə -3-0 dərəcə şaxta, gündüz 0-3 isti, Bakıda gecə -1 dərəcəyədək şaxta, gündüz 1-3 dərəcə isti olacaq.
Yanvarın 1-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə -5-1 dərəcə şaxta, gündüz -1 dərəcədən 4 dərəcəyədək isti, dağlarda gecə -10-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə -15 dərəcəyədək şaxta, gündüz -5-0 dərəcə şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.


Teqlər:  





Xəbər lenti