Bakıda bina yandı, 2 nəfər xilas edildi

Bakıda bina yandı, 2 nəfər xilas edildi
  30 Dekabr 2015    Oxunub:1611
Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.
AzVision.az - ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 5-ci, 6-ci mərtəbələrində tikilmiş ümumi sahəsi 4 kv.m olan köməkçi otağın 1 kv.m sahədə yanar konstruksiyaları, 3 ədəd su sayğacı və 10 p.m elektrik kabeli yanıb.

Yüksək temperaturdan mənzillərə gedən plastik su xətləri əriyib. Yanğın zamanı mənzildən bir azyaşlı və liftin içərisində köməksiz qalmış vətəndaş yanğınsöndürənlər tərəfindən xilas edilib. Sayğacların və elektrik kabellərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:  





Xəbər lenti