Bu gün növbədənkənar sessiya keçiriləcək

Bu gün növbədənkənar sessiya keçiriləcək
  02 İyul 2013    Oxunub:1124
İclasın gündəliyinə ümumilikdə 9 məsələ daxil edilib.
Bu gün Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək. AzVision.az xəbər verir ki, növbədənkənar sessiyasının gündəliyinə ümumilikdə 9 məsələ daxil edilib. Millət vəkilləri əvvəl Azərbaycan Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərinin təyin edilməsin müzakirə edəcəklər. İclasda Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan Apellyasiya məhkəmələrinin hakimlərinin təyin edilməsi məsələsinə də baxılacaq.

Daha sonra, Milli Məclis üvzləri “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihələrini müzakirə edəcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti