Magistraturaya qəbulun nəticələri açıqlanıb

Magistraturaya qəbulun nəticələri açıqlanıb
  01 İyul 2013    Oxunub:1216
Magistraturaya müsabiqənin nəticələri elan olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AzVision.az-a verilən mnəlumata görə, 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların siyahısını iyulun 1-də saat 18:00-dan etibarən Komissiyanın internet saytında yerləşdirib.

Bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı Komissiyanın rəsmi internet saytından və mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərməklə öyrənə biləcəklər.

Müsabiqənin nəticələrinə əsasən 5765 bakalavr respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmuşdur. Qəbul olanlardan 3835 nəfəri ali təhsil müəssisələrinin builki məzunları, 1930 nəfəri isə əvvəlki illərin məzunudur.

Qəbul olanların 2616 nəfərini oğlanlar, 3149 nəfərini isə qızlar təşkil edir.

Ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar 2013-cü il iyulun 3-dən 12-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.


Teqlər:  





Xəbər lenti