Prezident İsveçrədən gələnləri qəbul edib

Prezident İsveçrədən gələnləri qəbul edib
  01 İyul 2013    Oxunub:1040
İlham Əliyev İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olundu, münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu, əlaqələrimizin enerji, sərmayə qoyuluşu, parlamentlərarası əməkdaşlıq və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Teqlər:  





Xəbər lenti