Sabahın hava proqnozu

Sabahın hava proqnozu
  30 İyun 2013    Oxunub:1264
Paytaxtda və ölkə ərazisində hava isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yulun 1-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 20-24, gündüz 32-37° isti olacaqdır.
Bakıda gecə 21-23°, gündüz 33-35° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zaqulba, Buzovna, mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Şıx, Sahildə 26-27° isti olacaqdır.

Naxçıvan Muxtar Respublikasında havanın yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 18-23°, gündüz 32-37° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın yağmursuz keçəcəyi gözlənilir.Temperaturun gecə 12-17°, gündüz 24-29° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 17-22°, gündüz 32-37° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava yağmursuz keçəcək. Temperatur gecə 16-21°, gündüz 29-34° isti olacaqdır.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 19-24°, gündüz 33-38° isti olacaqdır.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava yağmursuz keçəcək.
Temperaturun gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 26-31° isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti