2015-ci ildə ölən dünya məşhurları - SİYAHI

2015-ci ildə ölən dünya məşhurları - SİYAHI
  19 Dekabr 2015    Oxunub:2863
Yola saldığımız 2015-ci il dünya çapında tanınan bir sıra məşhur şəxslərin vəfatı ilə də yadda qaldı.
Yanvarın 23-də Səudiyyə Ərəbistanının 90 yaşlı kralı Abdullah ibn Əbdüləziz Əl Səud dünyasını dəyişdi. O, 2005-2015-ci illər arasında Səudiyyə Ərəbistanına rəhbərlik etdi. Dünyanın ən zəngin 8-ci insanı idi. Dünya monarxları içərisində isə ən varlı ikinci şəxs idi.

Dünya şöhrətli müğənni, bəstəkar Demis Russosun 68 yaşında ölümü isə bütün musiqisevərləri sarsıtdı. 1970-80-ci illərin əfsanəvi hitlərinə imza atan yunan əsilli müğənnini bundan sonra hələ çox dinləyəcəklər.

89 yaşlı italiyalı iş adamı Mişel Ferreri da bu il dünyasını dəyişdi. O, məşhur Ferrari şirkətinin rəhbəri olub.

Rus müxalifətçi Boris Nemtsovun ölümü də dünya gündəmini zəbt edən hadisələr arasında oldu. Açıq danışığı ilə seçilən Nemstovun güllələnməsilə bağlı cinayət işi bu gün də davam etdirilir.

Türkiyəni dünya ədəbiyyatında uzun müddət təkbaşına təmsil edən, bir neçə dəfə Nobel mükafatına laureat göstərilən Yaşar Kamal üçün də 2015 il sonuncu işıqlı il oldu. O, ilin ilk rübündə 91 yaşında dünyasını dəyişdi.

Ondan fərqli olaraq ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən İsveç yazıçısı Tomas Tranströmer 83 yaşında dünyaya vida dedi.

Ədəbiyyat üzrə başqa bir Nobel mükafatçısı Günter Qrass üçün də 2015-ci il ömrün son akkordu oldu. O, 87 yaşında vəfat etdi.

Daha bir Nobel mükafatçısı (iqtisadiyyat), dünya elminin inqilabçılarından sayılan Con Neş 86 yaşında vəfat etdi. O, şizofrenik həyat tərzi ilə seçilirdi.

Türkiyənin məşhur şəxsiyyəti, dövlətin həm naziri, həm baş naziri, həm də prezidenti olmuş Süleyman Dəmirəl 17 iyunda 90 yaşında vəfat etdi. Vəsiyyətinə əsasən anadan olduğu kənddə basdırıldı.

Süleyman Dəmirəllə ayrı-ayrı vaxtlarda kolleqa olan Kənan Evren də 2015-ci ildə dünyaya vida dedi. Kənan Evren ölərkən 97 yaşında idi.

Türkiyənin sənət klassikləri sayılan müğənni Kayahan və aktyor Zəki Alasya da 2015-ci ildə dünyayla vidalaşdılar.

Rusiyanın xarici işlər naziri və baş naziri olmuş Yevgeni Primakov bu il 85 yaşında vəfat etdi.(modern.az)


Teqlər:  





Xəbər lenti