Yaponiyadan Putinə gizli məktub

Yaponiyadan Putinə gizli məktub
  21 Fevral 2013    Oxunub:1399
Yaponiyanın keçmiş baş naziri: “Təkcə onu deyə bilərəm ki, baş nazir Abe Rusiya ilə əlaqələrin inkişafında maraqlıdır”.
Yaponiyanın keçmiş baş naziri , Rusiya –Yaponiya ağsaqqallar şurasının keçmiş həmsədri Yosiro Mori hazırki dövlət başçısı Sindzo Abenin Rusiya səfərinə hazırlıqlar çərçivəsində Moskvaya gəlib. Siyasətçi baş nazirin məktubunu Rusiya prezidenti Vladimir Putinə çatdırıb. Yosiro Mori məktubla bağlı jurnalistlərə açıqlama verməkdən imtina edib.
“Təkcə onu deyə bilərəm ki, baş nazir Abe Rusiya ilə əlaqələrin inkişafında maraqlıdır”-deyə Yosiro Mori bildirib.
Morinin sözlərinə görə son 10 ildə Yaponiya hökumətinin heç bir təmsilçisi Rusiyaya rəsmi səfər etməyib və Sindzo Abenin qarşıdakı səfəri “qeyri-normal” hesab olunur. Qeyd edək ki, Yaponiya baş nazirinin Rusiyaya rəsmi səfərinin təfərrüatları barədə məlumat verilmir.


Teqlər:  





Xəbər lenti