Dollarla bağlı həlledici qərar - Bahalaşma gözlənilir

Dollarla bağlı həlledici qərar - Bahalaşma gözlənilir
  17 Dekabr 2015    Oxunub:3308
ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsinin artırılması haqqında qərar qəbul edib.
AzVision.az Reuters-ə istinadən xəbər verir ki, ABŞ FES-in açıq bazarlar komitəsi növbəti iclasın yekunları üzrə baza faiz dərəcəsini rekord dərəcədə aşağı olan illik 0 – 0,25%-dən 0,5%-dək qaldırıb.

Beləliklə, hazırda “faiz dərəcələri dəhlizi” 0,25–0,5% təşkil edir. Qeyd olunur ki, sonuncu dəfə faiz dərəcəsi 2006-cı ildə qaldırılmışdı.

FED-in bügünki qərarından sonra valyuta birjalarında dolların digər valyutalara nisbətdə bahalaşacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti