Əsl istirahət havası olacaq

Əsl istirahət havası olacaq
  29 İyun 2013    Oxunub:1017
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, iyunun 30-da Bakı və Abşeron yarımadasında yağmursuz hava şəraiti hökm sürəcək, şimal-qərb küləyi, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24, gündüz 32-37 dərəcə isti olacaq.

Rayonlarda iyunun 30-da hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-37, bəzi yerlərdə 39 dərəcə, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti