16 yaşlı oğlan Xəzərdə batıb

16 yaşlı oğlan Xəzərdə batıb
  28 İyun 2013    Oxunub:1051
Fövqəladə Hallar Nazirliyi bir nəfərin dənizdə batması ilə bağlı məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər vereir ki, belə ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1995-ci il təvəllüdlü Haciyev Cəsarət Əkrəm oğlu Xəzər rayonu, Şüvalan qəsəbəsində, dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsindən 5000 metr sağa, nəzarətsiz ərazidə) batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilmişdir. Qeyd olunan şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 16:28-də başa çatıb.




Teqlər:  





Xəbər lenti