İŞİD-in daha 3 lideri öldürülüb

İŞİD-in daha 3 lideri öldürülüb
  11 Dekabr 2015    Oxunub:1675
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Stiv Uorren Amerikanın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın keçirdiyi əməliyyat zamanı İŞİD-in daha 3 liderinin məhv edildiyini bildirib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” məlumat yayıb.

Stiv Uorrenin sözlərinə görə, hava zərbələri nəticəsində İŞİD-in “maliyyə naziri” Əbu Salah və daha iki lideri məhv edilib.

Bundan əvvəl Pentaqon İŞİD-in Liviyadakı qolunun lideri Əbu Nabilin məhv edildiyini təsdiqləyib.


Teqlər:





Xəbər lenti