Gürcüstanda 7 nəfər `donuz qripi`nə yoluxub

Gürcüstanda 7 nəfər `donuz qripi`nə yoluxub
  08 Dekabr 2015    Oxunub:1670
Cari ilin dekabr ayı ərzində Gürcüstanın paytaxtı Tiflisdə 7 nəfərdə A/H1N1 qripi (“donuz qripi”) aşkarlanıb.
AzVision.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadze bildirib. Onun sözlərinə görə, qripə yoluxanların sayı arta bilər: “Növbəti ilin fevral ayında qripa yoluxanların sayında artım müşahidə olunacağı gözlənilir. Regionlarda isə hələlik bu virusa yoluxma halı qeydə alınmayıb".

P. İmnadze əhalini təmizliyə riayət etməyə çağırıb: “Sadə gigyenik prosedurlara riayət olunsa heç bir problem yaşanmaz. Xəstələnən şəxslər evdən çıxmamalı və sonadək müalicə almalıdır”.


Teqlər:





Xəbər lenti