Bakıda BƏƏ-nin müstəqillik günü qeyd olundu

Bakıda BƏƏ-nin müstəqillik günü qeyd olundu
  03 Dekabr 2015    Oxunub:2054
Ötən gün Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 44-cü Milli günü qeyd olunub.
AzVision.az xəbər verir ki, mərasimdə BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əhməd Hamel əl-Qubaysi, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, bir sıra rəsmilər iştirak edib.

“Dəvətimizi qəbul edib BƏƏ-nin 44-cü Milli Gününü qeyd etmək üçün bizimlə olduğumuza görə sizə təşəkkür edirəm. Mən. Həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə də bizim işimizi asan, rahat və səmərəli etdiyi üçün öz minnətdarlığımı bildirirəm.

Dekabrın ikisi Ərəb Əmirlikləri tarixində böyük gündür. Bu, tarixin o səhifəsidir ki, o zaman yeddi əmirliyin hakimi öz iradəsini vahid məqsəd naminə bir ortaya qoyub. Bu yüksək ruh ilə qırx dörd il ərzində BƏƏ böyük inkişafa nail olub. Və bu gün biz inkişaf təcrübəmizi digər ölkələrlə paylaşırıq.

Hörmətli qonaqlarımız, Azərbaycan o ölkələrdən biridir ki, BƏƏ üçün onunla əməkdaşlıq etməyə böyük önəm verir. Bu ilin aprel ayında BƏƏ vitse-prezidenti və Dunay hakimi əla-həzrət Şeyx Muhəmməd bin Rəşid Əl Maktumun Azərbaycana rəsmi səfər etməsi çox əlamətdar bir məqamdır. Səfər çərçivəsində BƏƏ və Azərbaycan hökumətləri arasında iki mühüm saziş imzalanıb. BƏƏ vətəndaşlarının Azərbaycana çatdıqda hava limanında viza əldə edə bilməmələri də iki dövlət başçısının yaratdığı dost mühiti nümayiş etdirir.

Səfirliyimiz bu münasibətləri daha da gücləndirmək və dərinləşdirmək üçün öz səylərini davam etdirmək niyyətindədir”, - deyə səfir əl-Qubaysi mərasimdə çıxışı zamanı bildirib.

Mərasimdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev isə iki tərəfli əlaqələrdən danışıb.
Tədbir ziyafətlə yekunlaşıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti