Üç günün gəlini niyə öldü?

Üç günün gəlini niyə öldü?
  27 İyun 2013    Oxunub:1145
Hadisə üçgünlük mərasimi zamanı baş verib.
Ağcabədi rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, bu gün gecə saat 01:00 radələrində rayon mərkəzi xəstəxanasına gətirilən 1979-cu il təvəllüdlü Ağcabədi rayon sakini Nəsibova Amaliya Səyyad qızı xəstəxanada vəfat edib.

Meyitə baxış keçirilib, baxış zamanı mərhumun bədənində bir sıra xəsarətlər aşkar olunub.

İlkin araşdırma zamanı müəyyən olunub ki, A.Nəsibova 3 gün bundan əvvəl Ağcabədi rayon sakini Orucov Ruslan Dilsuz oğlu ilə ailə qurub, ötən gün də onların evində üçgünlük şənliyi keçirilib, şənliyin sonunda A.Nəsibovanın halı pisləşdiyi üçün o, yaxınları tərəfındən Ağcabədi rayon mərkəzi xəstəxanasına gətirilsə də xəstəxanada vəfat edib.

A.Nəsibovanın ölüm səbəbi məhkəmə-tibb ekspertizası tərəfindən araşdırılır.



Teqlər:  





Xəbər lenti