Moskvadan `Sultan Süleyman`a qadağa - Ölkəyə buraxılmadı

  01 Dekabr 2015    Oxunub : 19602
Moskvadan `Sultan Süleyman`a qadağa - Ölkəyə buraxılmadı
Rusiya paytaxtı Moskvada Türkiyənin məşhur “Muhteşem Yuzyıl” serialına həsr olunan böyük sərgi naməlum müddətə qədər təxirə salınıb.

AzVision.az “TASS”-a istinadən xəbər verir ki, sözügedən sərgi yanvarın 8-də Ekspo mərkəzində açılmalı idi.

Serialda baş rolları ifa edən üç aktyorun da Moskvaya səfəri təxirə salınıb.

Təşkilatçıların sözlərinə görə, layihə ölkələr arasında münasibətlər normallaşdırılana qədər dondurulub.

Sərginin açılış mərasimində Sultan Süleyman rolunu ifa edən Halit Erginç, İbrahim paşa rolununu oynayan Okan Yalıbık və Hatice sultan rolunu ifa edən Selma Ergecin iştirakı planlaşdırılmışdı.

Qeyd edək ki, “Muhteşem Yuzyıl” Rusiyada ən çox sevilən türk serialıdır. Osmanlı sultanı Sultan Süleyman Qanuninin həyatından bəhs edən serial Türkiyənin orta əsr tarixini, mədəniyyətini, o dövrün zadəganlarının həyat tərzini və adət-ənənələrini əks etdirir.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: