Sarkisyan da Ərdoğana qarşı sankiyalara qoşuldu

Sarkisyan da Ərdoğana qarşı sankiyalara qoşuldu
  30 Noyabr 2015    Oxunub:3187
Ermənistan Türkiyəyə qarşı sanksiyalara qoşuldu.
Erməni samboçular Türkiyədə hərbçilər arasında keçiriləcək Avropa birinciliyindən imtina ediblər.

AzVision.az “İnterfax”-a istinadən xəbər verir ki, bununla da ermənilər Ümumrusiya Sambo Federasiyası ilə həmrəy olduqlarını bildiriblər.

“Ermənistan Sambo Federasiyası Ümumrusiya Sambo Federasiyası ilə həmrəy olduğunu, həmçinin Türkiyə Hərbi hava Qüvvələri (HHQ) tərəfindən Rusiya təyyarəsinin vurulmasına etiraz əlaməti olaraq Türkiyədə hərbçilər arasında keçiriləcək Avropa birinciliyindən imtina edir”, - deyə Federasiyanın yaydığı bəyənatla qeyd edilib.

Qeyd edək ki, Avropa Çempionatı 4-7 dekabr tarixlərində İstanbulda keçiriləcək.

Ötən həftə Ümumrusiya Sambo Federasiyası rusların turnirdə iştirak etməyəcəyini açıqlamışdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti