Hərbi parad başlayıb - CANLI YAYIM

Hərbi parad başlayıb - CANLI YAYIM
  26 İyun 2013    Oxunub:6108
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda iştirak edir.
Paradın canlı yayımını BURADAN izləmək olar
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə Bakının Azadlıq Meydanında hərbi parad keçirilir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda iştirak edir. Eyni zamanda Prezident Adminstrasiyanın rəhbəri Ramiz Mehdiyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, baş nazir Artur Rasizadə, müdafiə naziri Səfər Əbiyev və digər yüksək vəzifəli şəxslər iştirak edir

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə keçirilən hərbi paradda 5000-dən çox hərbçi iştirak edir.

Son illər yeni istehsal olunan və modernləşdirilmiş texnika, o cümlədən müasir silah sistemlərinin nümayişi ilə yadda qalacaq hərbi parada 300-ə yaxın texnika və silah sistemləri, 100-dən çox təyyarə və vertolyot, 40-a yaxın gəmi və kater cəlb olunacaq.

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi paradın hazır vəziyyətdə olması barədə raportu müdafiə naziri, general-polkovnik Səfər Əbiyev verəcək.

Xatırladaq ki, Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.





Teqlər:  





Xəbər lenti