MSK daxil olan müraciətlərə baxıb

MSK daxil olan müraciətlərə baxıb
  23 Noyabr 2015    Oxunub:1282
Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
AzVision.az-ın məlumatına görə, iclasda parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb. Müraciətlərlə bağlı MSK katibi Arifə Muxtarova və MSK üzvü Validə Kazımova məlumat verib.

41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Ələddin Abdullayev və 73 saylı Lənkəran Şəhər Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Gülarə Həmidova həmin dairələr üzrə seçki nəticələrinin ləğv edilməsini xahiş ediblər.

Bunlarla bağlı bildirilib ki, müraciətlər MSK-ya qanunvericilikdə nəzərdə tutulan müddət ötürülməklə göndərilib. Ona görə də şikayətlər geri qaytarılmalıdır. Qərar səsverməyə çıxarılaraq qəbul edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti