Yaşıllaşdıranlar və qaralayanlar

Yaşıllaşdıranlar və qaralayanlar
  23 Noyabr 2015    Oxunub:4351
İradə Cəlil

“Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda yazı yazmağı düşünürdüm. Yazının maraqlı olması üçün bir qədər internetdə araşdırma aparmalı oldum. Və qarşıma həqiqətən çox maraqlı məqamlar çıxırdı. Azərbaycanda Ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində çox böyük işlərin görüldüyü danılmazdır.


Bir anlıq keçmiş Bakını xatırladım. Lazımsız estekadalar, gəmilər, istismara yarasız Xəzər, neft buruqlarının çikrləndirdiyi Abşeron torpaqları, zibil-tullantılarının qalaq-qalaq yığıldığı küçələr... Azərbaycanda sovet İttifaqı dağılandan sonra ətraf mühitin vəziyyəti çox acınacaqlı idi. Çünki o dövrdə Azərbaycan torpaqlarından Sovetlər birliyi öz mənfəətləri üçün istifadə edirdi. Bakının nefti, Sumqayıtın neft-kimya zavodu... Bir sözlə, sovetlərə lazım olacaq hər şey Azərbayanda var idi. Azərbaycanın təbii sərvətlərinin sui-istifadəsi və bu istifadə zamanı ekologiyaya vurulan zərər heç kimi maraqlandırmırdı. Hər kəs məsələnin iqtisadi tərəfini düşünürdü.

2001-ci ildə Ekologiya Nazirliyi yaradılandan sonra dövlət başçısının diqqət və qayğısı nəticəsində Azərbaycanda ekoloji durum yaxşılaşmağa başladı. Səhralaşma, şoranlaşma probleminin qarşısı alınır, meşə yataqları salınır, yeni suvarma texnologiyaları gətirlir, zibil tullantılarının emal edilməsi nəzərdə tutulurdu. Bu dövrlərdı nazirin gördüyü işləri danmaq allahsızlıq olar.



Yadıma gəlir, əvvəllər Zığ yolu yaxınlığında “Binə bazarı” yerləşirdi. Bazar köçürüldükdən sonra həmin ərazidə sökülmüş bazarın xarabalıqları, zibillik və çirkab sularının altında qalmış çirkli bir ərazi vardı. Hər dəfə o ərazidən keçəndə çirkab sularının üfunət qoxusunu hiss etməmək mümkün deyildi.

Yenə yolum həmin əraziyə düşmüşdü. Nə yalan deyim, Ekologiya nazirliyinin təşkil etdiyi iməcliyə qatılmışdım. Hər tərəf yaşıllıq idi. İməcliyə gələnlər “hərəyə bir ağac əkək” şüarıyla ağac əkirdilər. Nazir Hüseyn Bağırov da bizə qoşulmuşdu. Həvəslə yer belləyir, ağac əkirdi. O qədər sadə geyinmişdi və elə həvəslə çalışırdır ki, kənardan baxan elə düşünərdi ki, o da bizdən biridi.

Nazir bildirdi ki, dövlət başçısının diqqət və qayğısı sayəsində Zığ yolu artıq bir yaşıllıq zolağına çevrilib . Zığ - Heydər Əliyev Limanı magistral avtomobil yolunun ətrafında 2008-ci ildən bu günə qədər ümumilikdə 859 hektar ərazidə 894187 ədəd ağac və kol əkilib. Ərazi 10 ildən sonra gözəl bir meşəyə çevriləcək. Halbuki, 10 il əvvəl ərazi xarabalığı xatırladırdı. İndi isə təmiz, yaşıllıqla dolu bir ərazi idi bura.

Jurnalist deyə bilmərəm, hansısa bloger bu ərazidə əkilən ağacların şəklini paylaşıb, həmin ağacların indi qurduğunu yazmışdı. Guya həmin ərazidə indi sadəcə qurumuş ağaclar var. Və bir müddətdən sonra ərazi yenə əvvəlki acınacaqlı vəziyyətinə düşəcək.



Düzü, mən tez-tez o əraziyə getməsəydim, sıravi bir insan kimi bu blogerin sözlərinə inana bilərdim. Axı gözün görmədiyi haqqında insanda inam yaratmaq o qədər də çətin olmur. Bu şəxsin niyə belə yalan danışdığını anlaya bilmədim düzü. Başa düşürəm, paylaşdığın materialın çox `like` yığması, çox oxunulması və ictimai cəfakeş kimi tanınma çox adamın arzusudur. Amma vicdan deyilən bir anlayış var ki, çox az insana ondan pay düşüb. İnsan hər kəlməsinə vicdanı qarşısında cavabdeh olmalıdır. Nazirdi, dövlət məmurudu deyə hamıya qara yaxmaq, hamını qaralamaq olmaz ki.

Düşünürəm, görəsən bu şəxs yazdığı yalana baxanda nə düşünür? Görəsən, ağacların yalandan quruduğunu yazmaqla qazancı nə oldu adamın?

Məncə insan əvvəlc özünə baxmalı, qarşısındakı insana söz deyə bilmək hüququnu özündə hiss edəndən sonra ağzını açmalıdır. Qaş alıb, tumanla şəhərin küçələrində veyillənən bu adam facebookda boş-boş danışmaqdansa, əlinə bel alıb, bir ağac əksəydi, həm ekologiyaya faydası olardı, həm də vicdanı təmiz qalardı. Əgər varsa.

Eh, nə bilim, onsuz da bu gün ölkədə hər yerindən duran əlinə qələm alb, özünə “geydirmə” vəsiqə düzəldib, düşüb küçələr. Ona görə belə yerdə deyiblər “İt hürər, karvan keçər”... Bir də onu deyiblər ki, “hürən it qapmaz”.


Teqlər:  





Xəbər lenti