Azərbaycandan İŞİD-ə pul göndərilirmi? - Rəsmi Açıqlama

Azərbaycandan İŞİD-ə pul göndərilirmi? - Rəsmi Açıqlama
  23 Noyabr 2015    Oxunub:6201
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycandan İŞİD-ə pul göndərildiyinə dair Rusiyanın “İzvestiya” qəzetinin iddiasına münasibət bildirib.

Komitə sədri AzVision.az-a açıqlamasında yayılan xəbərləri təkzib edərək Azərbaycandan hər hansı terror qruplaşmasına pul göndərilmədiyini deyib.

“Rusiya mətbuatında yayılan xəbərlərin heç bir əsası yoxdur. Azərbaycandan İŞİD-ə pul göndərildiyinə dair ortada konkret fakt yoxdur”.

Qeyd edək ki, Rusiyanın “İzvestiya” qəzeti İŞİD terror qruplaşmasına maliyyə dəstəyi verən ölkələrlə bağlı ilginc məlumat yayıb.

Qəzetin iddiasına görə, dünyanın 40-a yaxın ölkəsindən terror qruplaşmasının hesabına pul köçürülür.

Sözügedən məlumatda Azərbaycanın da adı qeyd edilir. Bildirilir ki, ölkəmizdən də İŞİD-ə maliyyə dəstəyi verilir.

İddia edilib ki, MDB ölkələrindən ilk pillədə Qazaxıstan, ikinci pillədə Azərbaycan, üçüncü yer də isə Türkmənistan gəlir.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti