Metroda yenə problem - Sərnişinlər tuneldə qaldı

Metroda yenə problem - Sərnişinlər tuneldə qaldı
  23 Noyabr 2015    Oxunub:4630
Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a açıqlamasında bildirib ki, 42 saylı marşrut xətti üzrə hərəkət edən “Dərnəgül”-“Həzi Aslanov”qatarında “Nərimanov” stansiyasında nasazlıq yaranıb.

Qurum rəsmisi qeyd edib ki, bu səbəbdəb arxadan gələn qatarlar bir qədər gözləməli olub: “Problemlə əlaqədar “Ulduz”-“Nərimanov” stansiyaları arasında 15 saylı marşrut üzrə hərəkət edən qatar tuneldə dayanmalı olub. Hazırda problem aradan qaldırılıb və normal hərəkət var”.

Sərnişinlər isə yaranan problemə görə, yarım saata yaxın tuneldə qaldıqlarını bildirilib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti