Yeni deputatlar gələn həftə təsdiq olunacaq

Yeni deputatlar gələn həftə təsdiq olunacaq
  21 Noyabr 2015    Oxunub:2769
Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar keçiriləcək iclasın vaxtı məlum olub.

AzVision.az xəbər verir ki, məhkəmədən verilən məlumata görə, iclas noyabrın 24-də keçiriləcək.

Qeyd edək ki, 2015-ci il noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçirilib.


Teqlər:  





Xəbər lenti