Moskvada “Lotu Quli”nin dəstəsi tutuldu

Moskvada “Lotu Quli”nin dəstəsi tutuldu
  21 Noyabr 2015    Oxunub:2151
Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Cinayət Axtarış Baş İdarəsi və "Vaşaq" xüsusi çevik dəstəsinin əməkdaşları adam oğurluğu, soyğunçuluq və zorakılıq əməllərində şübhəli bilinən etnik mütəşəkkil qrupun üç üzvünü yaxalayıblar.
Bu barədə Rusiya DİN-inin rəsmi nümayəndəsi Yelena Alekseyeva məlumat verib. Onun sözlərinə görə, şübhəli şəxsləri hazırda Azərbaycanda cəza çəkməkdə olan "Quli" ləqəbli "qanuni oğru" idarə edib.

Müəyyən olunub ki, onlar cari ilin sentyabr ayının ortalarında Moskvada avtomobil alıcısı adı altında sahibkarla görüş təşkil ediblər və onu silahla hədələyərək "Ford" markalı maşınını əlindən alıblar, daha sonra fiziki təzyiq göstərərək Podolsk şəhərinə aparıblar və burada azad olunmağa görə 400 min rubl tələb ediblər. Cinayətkarlar pulu aldıqdan sonra sahibkarı sərbəst buraxıblar.

"Üç ünvan üzrə aparılan əməliyyat tədbirləri nəticəsində sözügedən cinayəti törətməkdə şübhəli bilinən iki Orta Asiya mənşəli şəxs və bir Gürcüstan vətəndaşı saxlanılıb. Hazırda onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır", - deyə Alekseyeva bildirib.(Report)


Teqlər:  





Xəbər lenti