`Bakının 3 tərəfi` - Fransa qəzeti Azərbaycandan yazdı

`Bakının 3 tərəfi` - Fransa qəzeti Azərbaycandan yazdı
  18 Noyabr 2015    Oxunub:4064
Fransanın “DNA” qəzetində Azərbaycanla bağlı geniş məqalə dərc olunub. AzVision.az həmin məqaləni oxucularına təqdim edir.

Əsl qara qızıl ölkəsində Bakının üç tərəfi

Xəzər dənizinin sahilində yerləşən Azərbaycan paytaxtı Bakı bir şəhərdə üç xüsusiyyətin birləşdiyi yerdir. Qədim şəhər, neft kralı və Qafqazda gələcəyin möhtəşəm şəhəri.

Azərbaycanın dünya xəritəsində var olması heç asan başa gəlməmişdir. Asiya və Avropanın arasında yerləşən bu ölkəin məşhur qonşuları var: şimaldan Rusiya, cənubdan İran, qərbdən Ermənistan, şərqdən isə okeana çıxışı olmayan Xəzər dənizi. Azərbaycan gənc bir ölkədir. Böyük müharibələrdən sonra yaranan bu ölkə daha sonra Sovetlərin tərkibinə qatıldı və yalnız 1991-ci ildə bu ittifaqın zəifləməsindən sonra müstəqilliyinə qovuşdu.

Azərbaycanın Avropa ilə əlaqələri həmişə mövcud olmuşdur. Bu qara qızıl sayəsində möhkəmlənmişdir. Təsadüfi deyil ki, burada neftin olduğunu hələ 1264-cü ildə Marko Polo təsvir etmişdi. Artıq XVI əsrdə bu sahə sənayeləşməyə doğru gedirdi. Nisbətən müasir üsulla neft çıxarma isə Bakıda rus mühəndisi Semyonov tərəfindən 1854-cü ildə reallaşdırılmışdır.

Qədim evlərdən açılan eyvanlar

İlk Bakı dəniz sahilində, Abşeron yarımadasının cənubunda, küləklərin süpürdüyü bir yerdə salınmışdı. Bu şəhər XII əsrdə Şamaxının əsas rəqabətə açıq şəhərlərindən biri oldu. Beləliklə də Bakı Şirvanşahların paytaxtı oldu.

Bu Orta Əsr Bakısından 28 metr hündürlükdə olan Qız qalası qalmaqdadır. Qafqaza hücum edən düşmənlərdən qorunmaq məqsədilə tikildiyi güman edilir. İşəri şəhərdə insanı dar küçələr, qədim evlərin şəhərə açılan eyvanları, gözəl, Avropa ilə Asiya arasında gedib-gələn karvanların gecələdiyi karvansaralar, yaşı bilinməyən məscidlər və Şirvanşahların tarixi sarayı şəhərə şərq abu-havası verir, turistlər üçün əsl kəşfolunmalı yerdir.

Xəzər sahillərində Avropanın əldə etdiyi ilk neft Nobel qardaşları Robert və Lüdviqin adı ilə bağlıdır. Onların bu sahədə əsas rəqibi isə Rotşildlər olub. !925-ci ildə Xəzərdən Qara dənizə doğru dəmir yolu ilə ilk neft tankeri hərəkət etdi. XX əsrin əvvəllərində Bakı planetə düşən neftin yarısını istehsal edirdi.

Bu vaxtdan da artıq ikinci Bakı dünyaya açıldı: böyük prospektlər, xüsusi bəzədilmiş otellər. Bakının 1874-cü ildə 16 000 olan əhalisi 1905-ci ildə 200 000 idi.

Üçüncü Bakı isə müstəqillik ilə birgə doğuldu. Bu, neft və qaz ehtiyatı bol olan, zəngin şəhər özünün böyük memarlıq abidələri ilə fərqlənməyə başladı. Alov dilimi formasında inşa edilmiş üç böyük Alov Qüllələri şəhərə ucalır və artıq onun simvoluna çevrilib.

İçəri şəhərdəki abidələr bu gün bərpa olunur. Şirvanşahlar saray komlpeksi Bakı Qafqazın əsas paytaxt şəhəri olduqdan sona, XV əsrdə Şirvanşah I Xəlilullah üçün tikilib. Orada bu gün heykəllərlə bəzədilmiş movzoleylər görmək olar. Şah ailəsinin yeddi üzvünün məzarı da buradadır. Daha sonra burada şah məscidi də mövcuddur. Bu məsciddə böyük bir otaq kişilərin , nisbətən kiçiyi isə qadınların dua etməsi üçün ayrılıb. Sarayın həyətində köhnə kalioqrafiyadan olan daş heykəllər görmək olur. Bu daşlar XIII əsrdə suyun altında qalmış, ancaq 1930-1950-ci illərdə suyun səviyyəsinin enməsi ilə yenidən görünmüşdür.

Qeyd etdiyimiz kimi üç böyük Alov Qülləsi şəhərdə sanki hökmranlıq edir. Bu qüllələrdən bir qədər aralıda isə dünyada bu mövzuda ən böyüsü olan milli Xalça muzeyi yerləşir. Orada bir neçə səviyyəyə bölünmüş, silindr formalı uzun bir zal var. Bu muzeydə Azərbaycanın müxtəlif yerlərindən gətirilimiş yüzlərlə xalça mövcuddur. Mütəxəssislər orada XIII əsrdən XXI əsrə qədər olan xalça nümunələri, toxuma texnikaları, xüsusilə də Şeten və Sumax toxuma üslublarını görə bilər. Daha bir möhtəşəm tikili isə Heydər Əliyev Fondunun mədəniyyət mərkəzidir. Bu abidə ölkənin mərhum prezedenti, hazırkı dövlət başçısının atası Heydər Əliyevin xatirəsinə 2012-ci ildə tikilib qurtarılıb və məşhur memar Zaha Hadidin imzasını daşıyır.

Bakı Strazburqun 3421 km də yerləşir. Azərbaycan hava yolları həftədə üç dəfə Parisə, Şarl de Qol hava limanına uçuşlar həyata keçirir. Lufthanza şirkəti də Frankfurtdan Bakıya uçuşlar təşkil edir. Fransızlara Azərbaycana gəlmək üçün viza lazım olur. Şəhərin mərkəzində olduqca konfortlu otellər mövcuddur. Ancaq bununla belə sadə, İçəri Şəhərdən və dənizdən uzaqda yerləşən ucuz otellər də az deyil. Dağlarda və kəndlərdə Sovetlərdən qalma köhnə tətil yerləri də bərpa olunaraq insanların istifadəsinə verilib. Yaşamaq ölkənin digər yerlərinə görə Bakıda olduqca bahadır. Ölkənin pul vahidi olan manat təxminən 0,90 avrodur.

Azərbaycan mətbəxi olduqca zəngin və müxtəlifdir. Burada bəyaz və güclü qırmızı şərab da tapa bilərsiniz. Əyalətlərə gedərkən isə bu ölkənin Ermənistan ilə müharibə şəraitində olduğunu unutmamaq lazımdır. Dağlıq Qarabağ iki ölkə arasında müharibə mövzusudur. Azərbaycan tərəfdən bu bölgə turistik istiqamət deyil. Həmçinin bu, Azərbaycan üçün olduqca həssas bir mövzudur.


Teqlər:





Xəbər lenti