Parisi partladanlardan biri ələ keçirildi

Parisi partladanlardan biri ələ keçirildi
  16 Noyabr 2015    Oxunub:2217
Belçikanın paytaxtı Brüsseldə keçirilən antiterror əməliyyatı nəticəsində Parisdə terror törədilməsində iştirakda şübhəli bilinən Abdeslam Salah tutulub.
Fransanın "RTL" televiziyasının məlumatına görə, Abdeslam Salah 1989-cu ilin sentyabrın 15-də Belçikanın paytaxtında anadan olub. O, Brüsselin Molenbek yaşayış məntəqəsində qeydiyyata alınıb.

Xəbərdə bildirlib ki, polis onu saxlayarkən odlu silahdan istifadə etməyib. Şübhəliyə qarşı gözyaşardıcı qaz və şokyaradıcı qumbara təbiq edilib. Bundan sonra polis onu tutub.

Fransa onun barəsində beynəlxalq axtarış elan etmişdi.

Qeyd edək ki, noyabrın 13-də Parisin 6 nöqtəsində törədilən terror aktı nəticəsində 131 nəfər ölüb, 200 nəfər isə yaralanıb. Yaralılardan 80 nəfərinin vəziyyəti ağırdı. (report.az)


Teqlər:  





Xəbər lenti