Paris terrorundan 72 saat əvvəl... - İlginc faktlar

Paris terrorundan 72 saat əvvəl... - İlginc faktlar
  16 Noyabr 2015    Oxunub:5341
Fransada baş verən terror aktlarını İŞİD-çilər qətliamdan 72 saat əvvəl sosial şəbəkədə “təntənəli” şəkildə qeyd ediblər.
AzVision.az xəbər verir ki, bu barədə xəbəri “Fox News” kanalı yayıb. Kanal tərəfindən terrorçu qruplaşamaya aid sosial şəbəkələrdə aparılan araşdırmadan sonra məlum olub ki, İŞİD-çilər “Başınız sağ olsun” yazaraq Fransa və Eyfel qülləsinin şəkillərini paylaşıblar.

Bu arada Fransanın baş naziri Manuel Vals terror aktlarının Suriyada planlaşdırılıdığını deyib: “Hücum Suriya ərazisində düşünülüb, planlaşdırılıb və təşkil olunub. Terror aktları yaxın həftələrdə və aylarda təkrarlana bilər. Bütün bunlara hazır olmaq lazımdır. Ölkənin xüsusi xidmət orqanları Fransa və digər Avropa ölkələrinə planlaşdırılan hücumlar barədə məlumatlıdır”.

O, qeyd edib ki, hazırda Fransa polisi terror aktlarının törədilməsində şübhəli bilinən Belçika vətəndaşı Abdeslam Salahini həbs etməyə çalışır: “Onun şəkilləri bütün Fransa ərzisində nümayiş etdirilir”.

Digər tərəfdən yerli KİV həmin terrorçunun şübhəli şəxs qismində polis tərəfindən saxlanıldığını və izahat alınaraq sərbəst buraxıldığını yazıb.



Eyni zamanda hüquq mühafizə orqanları Fransada silsilə terror aktları törədənləri yönəldən şəxsin kimlyini də açıqlayıb. Teraktların “beyni” belçika vətəndaşı olan Abdelhamid Abbaouddur və Parisdəki qanlı əyləmlərin əmrini o verib. Polis terrorun bir nömrəli şübhəlisinin hələ yaxalanmadığını və böyük ehtimalla Suriyaya qaçdığını bəyan edib.

Fransa prokurorluğu isə terakt iştirakçılarından birinin daha əvvəl terrorçuluqla ittiham edildiyini açıqlayıb.



Qeyd edək ki, Paris terroruna görə ölü və ya diri ələ keçirilən terrorçular bunlardır:

Salah Abdeslam, 26 yaş - axtarışdadır
Mohammed Abdeslam - Belçikada həbs edilib
Brahim Abdeslam, 31 yaş - Volter Bulvarında özünü partladıb
İsmail Ömər Mostefai, 29 yaş - Bataklan konsert salonunda öldürülüb
Bilal Hadfi, 20 yaş - “Stade de France” stadionunda ölürülüb
Sami Amimour, 28 yaş - Bataklan öldürülüb
Əhməd əl Muhammed – “Stade de France”da özünü partladıb
Abdelhamid Abbaoud - hazırda Suriyada olduğu ehtimal edilir


Daha 4 nəfər terrorçu isə polislə toqquşma zamanı öldürülüb.


Teqlər:  





Xəbər lenti