Rusiyadan Qarabağın qaytarılması iddiasına Reaksiya

  12 Noyabr 2015    Oxunub : 4080
Rusiyadan Qarabağın qaytarılması iddiasına Reaksiya
Rusiyanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində erməni və azərbaycanlı həmkarları ilə sıx əlaqələrə malikdir.

AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun İrəvana səfərinin yekunlarına dair sualları cavablandırarkən bildirib.

“Biz hər iki tərəfə zərər verə biləcək hər hansı bir şey etmirik”. – deyə Zaxarova qeyd edib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın “Aykakan Jamanak”, “Jovoxurd” nəşrləri, həmçinin Rusiyanın “Kommersant” qəzeti Sergey Lavrovun İrəvana səfəri ilə bağlı sensasiya sayıla biləcək məlumatlar yayıb.

Məlumata görə, Rusiya Azərbaycanın Avrasiya İttifaqına üzv olması qarşılığında Ermənistandan Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun geri qaytarılmasını tələb edir.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: