DİN-dən İŞİD-çilərlə bağlı Türkiyəyə müraciət

DİN-dən İŞİD-çilərlə bağlı Türkiyəyə müraciət
  11 Noyabr 2015    Oxunub:1598
“Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən keçirilmiş əməliyyatda həbs olunduğu deyilən 14 Azərbaycan vətəndaşı ilə bağlı Türkiyə Daxili İşlər Nazirliyinə sorğu göndərilib”.
AzVision.az xəbər verir ki, bu haqda Azərbaycanın Ankaradakı səfirliyindən BBC Azərbaycancaya bildiriblər.

Səfirlikdən deyiblər ki, Azərbaycan Daxili İşlər Naziriliyinin Türkiyədəki nümayəndəsi həmin şəxslərin vətəndaşlıq mənsubiyyətinin araşdırılması üçün müvafiq strukturlara müraciət edib.

“Hazırda səfirlik bu müraciətin cavablandırılmasını gözləyir”,-deyə səfirliyin nümayəndəsi bildirib.

Qeyd edək ki, İŞİD qruplaşmaşına qoşulmaq üçün Azərbaycan, İndoneziya, İraq, Qırğızıstan, Tacikistan, İran və Əfqanıstandan gələn 38 nəfər Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən keçirilmiş əməliyyat zamanı yaxalanıb.

Yaxalananlardan 15 nəfəri uşaq, 10-u qadındir.

Məlumatlara əsasən, saxlanılan şəxslər arasında 14 nəfəri Azərbaycan vətəndaşıdır. Əməliyyat zamanı yaxalanmış şəxslər tibbi nəzarətdən keçirildikdən sonra öz ölkələrinə deportasiya ediliblər, məlumatda deyilir.

Ötən ilin noyabrında da Türkiyə sərhədçiləri İŞİD-ə keçmək istəyən bir ailə üzvləri olan dörd Azərbaycan vətəndaşını saxlamışdı. Onlar müvafiq araşdırmadan sonra Azərbaycana ekstradisiya edilmişdilər.

AzVision.az


Teqlər:





Xəbər lenti