Rusiya Bəşər Əsəddən imtina edir

  03 Noyabr 2015    Oxunub : 2060
Rusiya Bəşər Əsəddən imtina edir
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Bəşər Əsədin hakimiyyətdə qalmasının Moskva üçün prinsipial məsələ olmadığını bildirib.

Rus diplomata görə, Əsədin gələcəyi haqda Suriya xalqı özü qərar verməlidir: “Biz heç vaxt Əsədin hakimiyyətdə qalmasını şərt kimi səsləndirməmişik. Əsədin gələcəyi haqda Suriya xalqı özü qərar verməlidir. Biz Əsəd “getsin” və ya “qalsın” deyə bir şərt irəli sürmədik”.

Teqlər: