Avropada dəhşətli faciə: 27 ölü, 180 yaralı

  31 Oktyabr 2015    Oxunub : 2228
Avropada dəhşətli faciə: 27 ölü, 180 yaralı
Rumıniyanın paytaxtı Buxarestdəki gecə klublarından birində çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən partlayış baş verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadis nəticəsində 27 nəfər ölüb, 180 nəfər yaralanıb.

Hadisə tanınmış musiqi qruplarından birinin albom təqdimatında keçirilən atəşfəşanlıqda baş verib.

Rumıniyanın Baş nazirinin müavini, daxili işlər naziri Qabriel Opreanın mətbuata verdiyi məlumata əsasən partlayış və yanğın atəşfəşanlıq səbəbindən baş verib.

Məlumatlara görə, partlayış nəticəsində yaranan zəhərli qaz və klubda yaşanan izdiham çoxsaylı insan tələfatına səbəb olub. Musiqi qrupunun başçısı və vokalistin də ağır yaralandığın deyilir. Hadisə yerinə çoxsaylı yanğınsöndürən və təcili tibbi yardım briqadası cəlb olunub.

Rumıniya prezidenti Klaus Yohannis hadisə ilə bağlı dərin sarsıntı və kədər hissi keçirdiyini bildirib.



Gültəkin Ələsgər

Teqlər: