Rusiya Dumasının türk əsilli sədri – ARAŞDIRMA

Rusiya Dumasının türk əsilli sədri – ARAŞDIRMA
  29 Oktyabr 2015    Oxunub:3772
Bu günlərdə Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin 61 yaşı tamam oldu. Leninqradda anadan olmuş, kifayər qədər sürətli, həmçinin, etiraf etmək lazımdır ki, bir sıra qalmaqallı rus siyasətçilərindən fərqli olaraq şəffaf karyera ilə bu gününə gəlib yetişən Sergey Yevgenyeviçin zadəgan nəsli-kökü heç kimdə şübhə doğurmur.

Etiraf edim, indiyədək bu soyad barədə elə də ciddi düşünməmişdim. Düzdür, Rusiya rəhbərliyində türkəsilli siyasətçilərin, dövlət xadimlərinin olduğu heç kimə sirr deyil. Ancaq dünən gecə, məzarı nurla dolsun, akademik Azad Mirzəcanzadənin, ötən əsrin sonu, yəni 1996-cı ildə bəndənizə hədiyyə elədiyi “Этюды о гуманитаризации образования” kitabını yenidən vərəqləyəndə ad gününü təzəcə yola vermiş Duma sədrinin soyadına rast gəlməyimi əlamət kimi qəbul elədim.

Azad müəllim fəsillərin birində türk soyadı daşıyan məşhur rus ziyalılarının, hərbçilərinin, siyasətçilərinin soyadları içərisinə 90-cı illərdə siyasətdə o qədər tanınmayan bu soyadı da daxil edir. Yanıldım, “daxil edir” yazıram, ancaq elə deyil. Daha dəqiqi, yenə türk oğlu türk, böyük türkoloq-ailm Nikolay Baskakovun klassikaya çevrilmiş “Türkəsilli rus soyadları” əsərinə istinadən Narışkinlərin da türkəsilli olduğunu yazır.

Bəli, bu gün Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin əcdadlarının türk olması sosial şəbəkələrdə çox geniş şəklidə müzakirə mövzusudur.

Narışkin soyadının türkəsilli olduğunu iddia eləyənlərə cavab olaraq bir nəfər yazır ki, əslində “bu soyadın mənası “nazrıjka”, yəni “xidmətçi” sözündən götürülüb”.

Ancaq p.p.Şarikov adlı birisi daha iddialıdır və həqiqətə ən çox uyğun gələn fikri də o yazır: “Относительно происхождения самой фамилии Нарышкин существует несколько версий. Сами дворяне называли своим родоначальником крымского татарина Нарышку. Нарышка — это уменьшительная форма от татарского мужского имени Нарыш, которое в переводе на русский язык означает “мужественный”. Вот, можно посмотреть, здоровается он с уборщицами или нет. Думаю нет, это в крови тюрка - пренебрежение к слабым”.

Yəni: “Narışkin soyadı haqda bir neçə fərziyyə var. Zadəganlar özləri əcdadlarının kram tatarı Narışdan gəldiyini yazırlar. “Narışka” tatar adı olan “Narış”ın qısaldılmış formasıdır və rus dilindən tərcümədə “ərdəmlik” mənasını verir. İndi özünüz baxın, xidmətçi hara, bu hara? Yox, zəiflərə etinasızlıq türklərə xas xüsusiyyətdir”.

Nəysə, biz sosial şəbəkələrdə ilişib qalanlardan deyilik. Keçək ciddi mənbələrə.

Karatayev özünün “Ruslar və tatarlar” kitabında yazır: “Tatarlar Rusiyaya iki çar və iki çariça veriblər: çarlar Borisi və Fyodru, bir də çariçalar Solomonini, Yelena Qlinskayanı, İrina Qodunovanı, Böyük Pyotrun anası Natalya Narışkini və Marfa Apraksini”.

Sadalananlar arasında, təbii ki, bizim üçün indi maraqlı olan Böyük Pyotrun anası Natalya Narışkinidr.
Bəs bu Narışkinlər kimdir?

Baskakova inansaq, Narışkinlər 1463-cü ildə Moskvaya gəlmiş krım tatarı Narışkinin törəmələridirlər. Bu soyadın davamçılarının adı Kirill Narışkinin qızı çar Aleksey Mixayloviçə ərə getdikdən sonra parlamağa başlayıb. Onlar əsasən Moskvada böyük imtiyaz və mal-mülk sahibləri kimi çox məşhur olublar. Narışkinlərin adı Moskva, Orlov, Sankt-Peterburq quberniyalarının Nəsil-nəcabət kitabının VI hissəsində çəkilir.

Birtərəflik və qərəzçiliklə işim olmadığına olmadığına görə, vicdanla “Narışkin” soyadının mənası baradə irəli sürülən digər fərziyyələrə də nəzər salaq. İnandım, ya inanmadım...
1. Deyirlər, “narıj” sarışın insana verilən ləqəbdir;
2. Deyirlər, hərbi əsləhə düzəldən ustaya rahat şəkildə “narışnı” deyə bilərdilər.

Ancaq yenə xatırladaq ki, Narışkinlər böyük və köklü nəsil olublar. Bu mənada yenə fərziyyələrdən birinə görə, Narışkinlərin adı Tasitin “Germanların əcdadları haqqında” əsərində belə keçir. Belə ki, Bogemiyada tapılan qədim bir gerb eynən Narışkinlərin sülalə gerbləri ilə eynidir. Üzeyir bəyin Həsən bəyi demişkən, belə iddia olunur ki, Çar Aleksey məhz buna görə madmuazel Natalyanı almışdı...

Bütün bunlar öz yerində, ancaq Unbeqaun, Tupikov, Superanskaya kimi müəlliflər, Dalın lüğəti belə Narışkinin həqiqətən türkəsilii olduğunu yazırlar.

İlham TUMAS / atv.az


Teqlər:





Xəbər lenti