NASA asteroidin görüntülərini yayıb-VİDEO

  20 Fevral 2013    Oxunub : 380
NASA asteroidin görüntülərini yayıb-VİDEO
Növbəti dəfə asteroid Yerə 2046-cı ildə yaxınlaşacaq.
Amerikanın kosmik agentliyi fevralın 15-də Yerin yaxınından keçən 2012 DA14 asteroidinin radara düşən ilk görüntülərini yayıb.
Görüntülərdən asteroidin oxunun uzunluğu təqribən 40 metr olan uzunsov bir obyekt olduğu bəlli olub.
Fevralın 16-da, gecə yarı Qoldstounda uzaq kosmik müşahidə qabiliyyətinə malik radarın köməyi ilə NASA mütəxəssisləri asteroidin 73 şəklini çəkiblər və kiçik video görüntü əldə edə biliblər. 8 saatlıq müşahidədən sonra asteroid Yerdən 120 min kilometrlik məsafədən uzaqlaşaraq 314 min km məsafədə qərar tutub.
Növbəti dəfə asteroid Yerə 2046-cı ildə yaxınlaşacaq.



Teqlər: