`Pişiklər qadınlara çox oxşayırlar` - Adnan Oktar (MÜSAHİBƏ)

`Pişiklər qadınlara çox oxşayırlar` - Adnan Oktar (MÜSAHİBƏ)
  16 Sentyabr 2015    Oxunub:24763
Azərbaycanda daha çox Harun Yahya adı ilə, `kedicik`lərilə tanınan və zaman-zaman ermənilərlə bağlı dediyi xoş sözlərə görə hiddət doğuran Adnan Oktarın AzVision.az-a verdiyi müsahibəni təqdim edirik. Müsahibimiz bəzi cavablardan yayınsa da, bizim işimiz o sualları vermək idi...

- Adnan Oktar özünü azərbaycanlı oxuyuculara necə təqdim edər?


-1956-ci ildə Ankara şəhərində dünyaya gəlmişəm. 1979-cu ildə minlərlə namizəd içərisindən seçilib Memar Sinan Universitetinin Daxili Memarlıq fakültəsinə daxil olan üç tələbədən biri olmuşam. Bundan sonra ailəmlə birlikdə Ankardan İstanbula köçdük. Hələ lap uşaqlıq illərimdən bəri rəsim çəkməyə qarşı çox həvəsim olub. Hətta bəzən sürrealist tablolar da hazırlayaradım.
Dostlarıma da çoxlu sayda tablolar hədiyyə etmişəm. Heyvanları, bitkiləri və çiçəkləri çox sevirəm. Bağda işləməkdən, memarlıq və dekarsiya işlərilə məşğul olmadan zövq alıram. Amma indi daha çox kitab yazmağa və A9 TV-də canlı olaraq yayımlanan “Adnan Oktarla Söhbətlər ” proqramına diqqət yetirirəm.

“Harun Yəhya” təxəllüsü ilə yazdığım 300-dən artıq kitabım var. Kitablarım 70-dən çox dilə tərcümə edilib. Allaha şükür olsun ki, kitablarımı dünyanın hər yerində oxuyurlar. Gənc yaşlarımdan həyatımı uca Allahın varlığını, birliyini insanlara anlatmağa, Quran əxlaqını yaymağa, materialist və ateist idelogiyaları mənən məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb dövlətin bütövlüyünü və millətin birliyini qoruyub saxlmağa həsr etməklə bağlı bir qərar verdim. 30 ildən çoxdur ki, böyük təyziq, böhtan və maneələrə rəğmən haqq bildiyim yolda getməyə şövqlə davam edirəm.

- Sonuncu dəfə nə vaxt Azərbaycanda olmusunuz? Yenidən gəlmək bağlı planınız varmı?

- Azərbaycana heç vaxt gəlməmişəm. Amma ora bizim qardaş vətənimiz, canımızdır. Biz Azərbaycanla iki dövlət bir millətik. Azərbaycan Türkiyə bir-biri ilə can-ciyərdir. Azərbaycan Türkiyənin ən yaxın olduğu türk dövlətidir. Azərbaycan bizim canımızdır, ruhumuzun bir hissəsidir. Amma hələ də Azərbaycanla Türkiyə arasında viza tətbiqi məsələsi davam edir. Amma ümid edirəm ki, İnşallah yaxın zamanlarda bu maneəni dəf edəcəyik və xoşbəxt, gözəl günlərə qovuşacağıq. Allah nəsib edərsə həmin vaxt tez-tez qarşılıqlı səfərlərimiz olacaq.

- Tez-tez “ermənilər yaxşı qardaşdır” fikrini müdafiə edirsiniz. Amma belə bir danılmaz həqiqət də var ki, ermənilər son yüz ilin ən qorxunc faciəsi - Xocalı soyqrımını törədiblər, eyni zamanda türk dövlət məmurlarına qarşı qanlı terror hadisələri həyata keçiriblər. Hələ də bu çirkin siyasətlərini davam etdirirlər və Azərbaycan-Türkiyə dostluğuna qarşı xain hücumlar təşkil etməkdədirlər. Belə bir vəziyyətdə ermənilərə “qardaş” demək nə dərəcədə doğrudur?

-Hər şeydən öncə Xocalı soyqrımı zamanı şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Rəbbimiz cənnətdə onlara ən gözəl məkanları nəsib etsin. Ailələrinə də Allahdan səbr diləyirəm.

Hədisələrə Quran və Mehdi ruhu ilə yanaşmaq bir müsəlman üçün ən doğru olan baxış bucağıdır. Keçmiş və gələcəyi bu ruh içində dəyərləndirmək müsəlmanlar üçün son dərəcə önəm kəsb edir. Əgər bu ruh içərisində dəyərləndirmə aparılmazsa o zaman doğrular və yalnışlar bir-birinə qarışar. Nəticədə kin, nifrət, sevgisizlik və düşmənçilki də daha da alovlanar. Müsəlmanın reaksiyası yalnız zülm edənə qarşıdır. Bir xalq, cəmiyyət və inaclı kütlənin ümumi şəkildə əleyhinə çıxmaq olmaz.

Ümumilikdə bütün erməniləri birdən lənətləmək Qurana uyğun hərəkət deyil. Müsəlman belə bir fikirdə ola bilməz. Müsəlman sadəcə olaraq zülmkarlara qarşı ola bilər. Erməni insan deyilmi? Allahın yaratdığı qul deyilmi? Necə ki, azərbaycanlılar bizim üçün dəyərli və Allahın yaratdığı mükəmməl bir varlıqdırlar. Azərilər Həzrəti İbrahimin atası Azərin soyundan gəlirlər. Azərbaycan sözü də elə burdan gəlir. Azərilər Həzrəti İbrahimin soyudur. Ermənilər də Allahın yaratdığı qullar olaraq dəyərlidirlər.

Bütün insanlar Allahın qulu olaraq sevilməlidirlər. Ayrı-seçkilik və irqçilik etdinsə demək ki, fəlakət qapının önündərir. Bu zehniyyətə görə insanlıq yüz illər boyu çox büyük ağırlar çəkdi.
Birinci və ikinci dünya müharibəsi də məhz bu irqçilik nəticəsində baş verdi.
İnsanlar bu zehniyyətə görə xeyli əzab çəkib süründülər. Bütün bunlardan dərs çıxarmaq, hikmətləri görmək lazımdır. “Bu bitmədi” fikri ilə hadisələr yanaşmaq olmaz. Hər şeydən öncə İslamda irqçilik haramdır.

Peyğəmbərimiz (s.a.v) buyurur ki, “Ərəbin farsdan, farsın isə ərəbdən heç bir üstünlüyü yoxdur”. Üstünlük ancaq təqva ilədir. Ermənistanda yeni gənclik 18-19-20 yaşlı uşaqlar və gənc qızlardan ibarətdir. Həmin hadisələr bunların vaxtında baş verməyib, onların bununla heç bir əlaqələri yoxdur. Günahları da yoxdur. Bu insanlar nə ediblər? Nədən onlara müxalifət olsun? Onlara qarşı belə bir nifrət üçün heç bir səbəb də yoxdur. İnsanlara əfv etmək hissi ilə, sevgi, şəvqət və Quran ruhu ilə yanaşmaq lazımdır.

- Bir tərəfdən televiziya proqramlarınızda İslam dinini təblig edirsiniz, digər tərəfdən isə dekolte geyimli xanımlar ilə söhbət edisiniz. Bu hərəkətiniz heç də birtərəfli qarşlanmır. Bununla bağlı fikirləriniz nədir?

- İslam azadlıq dinidir, təzyiq dini deyil. İnsanlar istədikləri kimi geyinməkdə, yaşamaq və davranmaqda sərbəstdirlər. Müsəlmanın Quran qarşısındakı öhdəliyi məsuliyyəti, doğru olanı dərk etməkdir. Heç kəsin kiməsə necə yaşaması ilə bağlı təyziq göstərmək hüququ yoxdur. Bu, haram olar. Xüsusi ilə xanımlar özlərini güvəndə hiss etdiklərində, etibar edə biləcəkləri insanların arasında olduqlarına inadıqları vaxtda, Allahın Quranda buyurduğu sərhərdlər çərçivəsində azad geyinmələrində heç bir problem yoxdur.

Din sadəcə məsciddə, mədrəsədə və müəyyən olunmuş bir çərçivlərdə danışılacaq bir mövzu deyil. Din həyatın əsasıdır. Çimərlikdə, restoranda və əyləncə məkanında, hər yerdə İslamdan, Qurandan bəhs edilir, Allah yad edilir. Ümumilikdə, qadınların olduğu bir mühitdə Allahdan və dindən bəhs edilməz demək yanlışdır. Bəziləri belə deyə-deyə insanların böyük qisminin həyatından dini çıxardılar və çox yanlış bir hərkətə yol verdilər.

İnsanın sevgisini, məhəbbətini anlatmaq üçün istifadə olunan sevgi sözləri də bir gözəllikdir. İslam dini qarşılıqlı sevgi və məhəbbət dinidir. Buna görə də mən insanın geyimi və olduğu mühit necə olursa olsun Allahın yaratdığı gözəllikləri tərifləməsində, Allaha olan sevgisini gözəl və coşqulu sevgi sözləri ifadə etməsində, Allahı ucaltmasında heç bir problem görmürəm.

Sevgisizlik- insanlara, heyvanlara, çiçəklərə qarşı sevgi hissi duymama, gözəl sözləri yaddan çıxarmaq, İslam ruhundan uzaqlaşmağın cəmiyyətə bəxş etdiyi böyük bir bəladır. Bunu müsəlmanlar qətiyyən qəbul etməməlidirlər.

- Sizcə, İŞİD Türkiyə və Azərbaycan üçün nə vaxtsa ciddi bir təhlükə yarada bilərmi?

- İŞİD-in tətbiq etdiyi zorakılıq Quran uyğun deyil və heç bir halda bunun tərəfdarı deyiləm. Ancaq İŞİD Türkiyə və Azərbaycan üçün bir təhlükə deyil. İndiyə qədər İŞİD-in Türkiyəyə hücum etdiyini əks etdirən dəqiq sənəd belə yoxdur.

Amma PKK-nın törətdiyi 30 illik etiraz aksiyaları,cinayətlər hər kəsə məlumdur. Buna görə də, Türkiyə və region üçün əsl təhlükə bu bölgədə komunist dövləti qurmağı düşənən PKK-dır.

PKK on minlərlə insanın həyatına bais olan bir terror qruplaşmasıdır. Hələ də hərbçini, polis və mülki vətəndaşları şəhid edirlər. İŞİD də öz işgənclərini davam etdirir. Ancaq Türkiyənin İŞİD-dən öncə PKK ilə mübarizə aparması lazımdır.
PKK Marksist, Leninist, Stalinist bir qruplaşmadır və qərbin ən nüfuzlu dövlətləri tərəfindən dəstəklənir. Məqsədləri isə bölgədə İslamı birliyə qarşı istifadə oluna biləcək bir kominist dövləti qurmadır.

Ancaq bu bölgədə yeni bir Şimali Koreyanın qurulmasına qətiyyən icazə verilməyəcək. Çünki Allah eləməsin buna icazə verilərsə Türkiyə ilə islam aləminin bütün əlaqələrinin qopması, bu kominist dövlətin tək-tək bütün müsəlman ölkərini udması üçün qapıların açılması deməkdir. Belə bir şeyə qanun və hüquqi baxımdan heç vaxt icazə vermərik.

- Əvvələr Azərbaycanda sizi Elşad Miri təmsil edirdi. Sonra o, sizdən uzaqlaşdı, son vaxtlarda isə tərəfdarlarınız qrup halında formalaşıblar. Azərbaycanla bağlı planlarınız nədir?

- Azərbaycanda bizi sevən dostlarımızın, qardaşlarımızın olması çox gözəl haldır. Azərbaycan xalqı çox ürəklidir. Candırlar. Heç vaxt degenerasiya olub pozulmadılar. Həmişə çox soylu qaldılar. Çox nəzakətlidirlər. Allah Heydər Əliyevdən razı olsun. O, cəhalətdən uzaq, müasir bir Azərbaycan hədəflədi və hədəfini də həyata keçirdi. İlham Əliyev cənabları da eyni atası kimi dəyərli və alicənab bir insandır. O, çox ağııllı insandır. Cəhalətə heç vaxt qapı açmadı. Ailəsi də, özü də müasirliyi, Qurana əsaslanan İslam anlayışını çox yaxşı təmsil edirlər. Onlar Türk-İslam Birliyini müdafiə edən gözəl bir düşüncə içərisindədirlər. Bu isə atadan- Heydər Əliyevdən qalma bir gözəllikdir.

Hər birimiz Azərbaycan dövlətinin əziz olmasını, çiçəklənməsi və inkişafını istəyirik. Azərbaycanda güclü, azad, cəhalətdən uzaq, suveren, inkişaf edən, Türk-İslam birliyini müdafiə edən, mənəvi dəyərlərə üstünlük verən və terrora heç vaxt qapı açmayan gözəl bir hakimiyyət var. İlham bəy atasının əsl davamçısı oldu. O, atasından qalan mənəvi irsi qorub saxlayan bir dövlət adamıdır. Onun özü və ailəsi hər kəs üçün bir nümunədir. O, tam bir müsəlman övladıdır. Gənclərin İlham Əliyevin uğurlu siyasətini dəstəkləmələri də çox yaxşı bir haldır. Allah ona daha da çox uğular nəsib etsin. Tez bir zamanda Türkiyə və Azərbaycanı birləşdirsək, hər şey daha da gözəl olacaq. Təbii ki, hazırda bunun həyata keçməməsində bir xeyir vardır. Bəlkə də uyğun bir zamanı gözləyirlər. Amma inşallah belə bir birləşmə olacaq.

- “Kediçiklər”nizi hansı kriteriyalara uyğun olaraq seçirsiniz? Azərbaycanlı “kediciyi”niz varmı?

- “Kedicik” ifadəsi mətbuatda qəbul edilən bir ifadə oldu. Pişiklər sevgiyə duyarlı, istiqanlı, mülayim, çox şirin və sevimli heyvalardır. Bu xüsusiyyətlərinə görə pişiklər qadınlara çox oxşayırlar.

Mənim xanım dostlarım da dünya standartlarına uyğun bir gözəlliyə, cazibəyə, görkəmə, mədəniyyətə sahib insanlardırlar. Bu, bir həqiqətdir. Bununla yanaşı onlar çox dindardırlar. Xüsusi ilə də belə bir gözəlliyə malik olan insanların səmimi dindar olmaları hər kəsin diqqətini cəlb edir. Cəmiyyətin bir qisminin beynində belə bir yanlış fikirlər formalaşıb ki, sadəcə baxımsız, görkəmsiz, təhsili az olan insanlar müsəlman ola bilərlər.Buna görə də bəziləri mənim xanım dostlarımın dindar olmalarını unudurlar. Həsrətini çəkmələrinə baxmayaraq kimlərsə bunu qəbul etmək istəmirlər. Amma ürəklərə iman verən Allahdır. Bu, mənim və ya başqa birinin seçimi ilə deyil, məhz Allahın hidayət verməsi və inanclı təbəqəni bir yerə toplaması ilə mümkündür.

Mənim dostlarımın hamısı sədaqətlə və dərin bir imanla Allaha bağlıdırlar. Allah həmin xanımların üzlərində nurla, güzəlliklə əks olunursa, demək ki, bu, onların imanları, səmimiyyət və dindarlıqlarından irəli gəlir. Allah müsəlmanları- səmimi dindarları harda olmalarından aslı olmayaraq bir yerə yığar. Bu, Allahın adətullahıdır. Bizi sevən insanlar təkcə Türkiyə və Azərbaycanla məhdudlaşmır. Amerika, Avropanın demək olar ki, bütün ölkələrində, Çində, Yaponiyda belə sevdiklərimiz, dostlarımız, qardaşlarımız var, Əlhəmdülillah.

- `Kedicik`lərinizlə aranızda hansısa bir əlaqə varmı? Onlar sizin üçün hansı mənanı kəsb edirlər?

- Xanım dostlarımızın hər biri mənim üçün ayrı-ayrı dəyərlidirlər. Hər birini tək-tək sevirəm. Müsəlmanın sevgisinin sərhədi yoxdur. Onlar Allahın yaratdığı bütün müsəlmanları dərin bir hisslə sevərlər. Mən də onların hər birinə qarşı dərin bir səmimi sevgi və hörmət hissi duyuram.

- Sizin dini hərəkatınızı “təriqət” adlandıra bilərikmi?

- Mən hoca deyiləm, dost çevrəm də dini hərəkat deyil. Mən dini təhsil almamışam. Heç bir hocadan da təhsil almamışam. Hər hansı bir ilahiyyat təhsilinə də yiyələnməmişəm. Ona görə də mənim hocalıq və alimlik kimi iddialarım da yoxdur. Ərəb dilində yazıb-oxumağı da bilmirəm. Qısaca olaraq mən də xalqın bir nümayəndəsiyəm. Yəni ki, ortada bir camaat və təriqətin olması mümkün deyil. Biz sadəcə olaraq Allahı sevən dindar bir dost qrupuyuq.

- Sizin fikrinizcə, Türkiyədəki son seçkilərdən sonra çoxpartiyalı hökumətin qurula bilməməsi nəyin göstəricisidir?

- Əvvəla, bunu heç vaxt unutmaq lazım deyil ki, Allah hər şeyi mütləq bir xeyirlə yaradır. Xeyirsiz heç bir şey olmaz. Yəni Türkiyədə hazırda meydana çıxan bütün hadisələr xeyirlidir. Bu seçkilərdə Türkiyədə əsl müzakirə edilən mövzu başqanlıq (Prezident idarəçiliyi ) sisteminə keçilib-keçilməyəcəyi idi. Türk milləti başqanlıq sistemini istəmədiklərini nümayiş etdirdilər. Bu sistemə keçid ehtimalı belə milləti çox narahat etdi. Çünki hər kəsə məlum idi ki, bunun ardınca federasiya qurulacaqdı, daha sonra isə Cənub-şərqi Türkiyədən ayırmağa çalışacaqdılar.

Türkiyə çox həssas bir dövr yaşayır. Millətimiz bölüməyə gedən yolu heç vaxt qəbul etmədi və etməyəcək də! 1 noyabrda keçiriləcək seçkilərdə də fərqli bir nəticənin alına bilməmisi üçün iki məsələ çox önəmildir. Birincisi başqanlıq sistemindən tamami ilə imtina edilməli, ikincisi də PKK- qanunla tam şəkildə bitirilməlidir. Bu ikisi olmayana qədər qarşıdan gələn seçkilərdə də bir iyundankından fərqli bir nəticə alınmayacaq. PKK-nın Cənub qərbdə əldə etmiş olduğu hakimiyyət qanunla ortadan qaldırılmalıdır.

Prezidentimiz hörmətli Ərdoğan ölkəmizə çox yaxşı xidmət etdi, millətimiz də onu çox sevir. Həmçinin onlar Ərdoğanı prezident seçməklə ona qarşı olan sevgilərini ən gözəl formada ifadə etdilər. İndi isə millətimiz Ərdoğanın PKK-nı tamamilə məhv etməsini gözləyir. Nəticədə həm kürtlər, həm türklər, həm də bütün bölgə xalqaları çox rahat olacaqlar, Türk-islam biriliyinin qarşısında olan ən böyük əngəllərdən biri də aradan qalxacaq.

- Bir necə ay öncə Azərbaycan mətbuatında həbs olunmağınızla bağlı xəbərlər yer almışdı. Bundan sonra sizə yaxın olması ilə bilinən Didəm Ürer adlı bir xanım bu xəbərləri yalanlamışdı və Azərbaycan mətbuatını yalan xəbər yaymaqda suçlamışdı. Bununla da kifayətlənməyən xanım öz twitter səhifəsində “Azeriler savaştan kaçıp, saklanmayı iyi bilirler”- deyə bir tvit atmışdı. Sizin bu məsələ ilə bağlı fikirlərinizi öyərənə bilərikmi?

- Dostum Didəm Ürərlə bağlı yazılanlar tamamilə əsassızdir. Onun özü nə belə bir tvit yazıb, nə də ki, azərilərə qarşı belə bir ifadə işlədib. Bəhs etdiyiniz yazını isə bəzi pis niyyətli insanlar Didəm xanımın adından istifadə edərək photoshopla hazırlayıblar. Bu məsələnin Didəm xanımla heç bir əlaqəsi yoxdur.

- Fətullah Gülən camaatı ilə Türkiyə hökuməti arasındakı anlaşmazlığı necə dəyərləndirirsiniz?

- Mən bütün müsəlmanlara - təbəqə və qruplara şəfqət, sevgi və anlayışla yanaşıram. Allah möminlərin qardaş olduğunu buyurub. Qardaşlar arasında bir anlaşmazlıq olduğunda bunu aradan qaldırmaq üçün müsəlmanların addım atmasını əmr etmişdi. Hucurat surəsinin (Hicrət) 10-cu ayəsində belə buyurulur: “Möminlər ancaq qardaşdırlar. Belə olan halda qardaşlarınızın arasını düzəldin”. Gülən camaatı ilə hökumətimiz arasındakı anlaşmazlığa da məhz bu istiqamətdə yanaşılmalı, uzlaşdırmaq,barışdırmaq üçün cəhdlər edilməlidir. Yanlış edilən bir şey olsa da bunu düzəltmək və bərpa etmək hər zaman mümkündür. Dolayısıyla bir camiyanın və ya partiyanın tamami ilə yox olmasını istəmək Qurana uyğun olmaz. Gülən cammatı da başda türk məktəbləri olmaqla dünya miqyasında çox önəmli xidmətləri olan bir cəmiyyətdir.

Hökumətimiz də bütün dünya müsəlmalarına sahib çıxan bir yanaşma tərzi ilə böyük işlərə imza atıb. Xahişim budur ki, bu anlaşmazlıq tez bir zamanda aradan qaldırılısın və hər iki tərəf keçmişdə olduğu kimi çoşqu və zövqlə öz işlərini davam etdirsinlər.

- Türkilənin uzun illərdir ki, PKK problemi var. Xüsusilə son aylar fəallığını artıran bu qruplaşma ilə mübarizədə Türkiyənin hansı addımlar atması lazımdır? Sizcə bu problem kökündən həll edilə bilərmi? Və Hansı yollarla?

- PKK ateist, Marksist, Leninist, Darvinist bir terror qruplaşmasıdır. Bu qruplaşma 30 ildir ki, Türkiyənin başına bəla olub. Bu sadəcə Türkiyə üçün deyil, bütün ölkələr üçün bir təhlükədir. PKK on minlərlə günahsız insanın şəhadətinə səbəb olan bir cinayətkar qruplaşmadır.

Məhz buna görə Türkiyənin bütün diqqətini bu terror qruplaşmasına yönəltməsi və onunla aktiv mübarizə aparması vacib şərtdir. Ancaq silahla, bombayla terror üzərində qələbə qazanmaq olmaz. İdeologiya ilə meydana çıxan və yanlış da olsa inac uğurunda ölməyi və öldürməyi beyinlərinə yeridən bir qrupun yox edilməsi ancaq həmin ideologiyanın məğlub edilməsi ilə mümkündür.

30 ildir ki, PKK tək tərəfli ideoloji təxribatla məşğuldur. Marksizm, Leninizm, Stalinizmdən bəhs edirlər. Gəncləri bu ideologiyanın əsas şərtləri olan şiddət və terrora inandırırlar. Və bu təşviqat kampaniyaları ilə özlərinə köməkçilər tapırlar və güclənirlər. Bu ideologiyaya qarşı heç cavab verilməməsi isə PKK-nın gücünü daha da artırır, Nəticədə onlar öz tərəfdarlarına deyirlər ki, “baxın bizə heç cavab da verə bilmirlər”.

Bu azmış kimi məktəblərdə də gənclərə tək tərəfli bir fomada Darvinist təhsil verilir. Darvinizm nədir? Marksist, Leninist ideologiyanın sözdə dayağıdır. Buna görə də Darvinizm elmi cəhətdən məhv edilsə, bu ideologiya da kökdən yox çıxar.

Əgər təhsilə davam edilərsə dövlətin məktəblərdə mütləq anti-Darvinist təhsil verməsi, Allahın yaratma üsullarının ətraflı bir formada gənclərə izah edilməsi vacibdir.

Çünki PKK ilə mübarizədə ən önəmli ünsür silah deyil, Anti-darvinist təhsildir. Silahlı mübarizə isə çox müvəqqəti bir xarakter daşıyır. Mənəvi cəhətdən PKK məğlub edilərsə gücü də tamami ilə ilə məhv olar. Digər bir tərəfdən isə Türkiyə Cümhuriyyətinin də dövlətin hərbi gücünü əsas bir hissəsini də PKK-ya qarşı yönəltməsi çox vacib bir şərtdir.

İŞİD Türkiyə üçün bir təhlükə olmadığı halda, bəzi qərb qüvvələrinin Türkiyənin bütün hərbi və starteji güclərini İŞİD-ə yönəltməsi istiqamətində göstərdikləri cəhdləri və israrları böyük bir oyundur. Qərb dövlətləri müştərək şəkildə PKK-nı məzlum göstərməyə cəhd edirlər. Onların PKK-nı silahlandırmaq fikrində olmaları da Türkiyənin necə bir beynəlxalq oyunla qarşı-qarşıya olduğuna bir işarədir.

- Müdafiə etdiyiniz “müasir müsəlman olma” düşüncəsi nədir? Müasir müsəlmana bir nümunə göstərə bilərsinizmi?

- Müasir müsəlman demək Qurana və Peyğəmbərimizə (s.a.v) məxsus hədislərə tam uyğun, xürafatdan, cahilliyin dərinliklərindən uzalaşıb həqiqi İslamı yaşayan Müsəlman deməkdir. Müasir müəlmanlıq səhabanın yaşadığı müsəlmanlıqdır. Peyğəmbər həzrətlərinin, Hz. Aişə və Hz. Xədicə anamızın, Hz. Əbubəkirin yaşadığı müsəlmanlıqdır. Müasir müsəlmanlıq halallarını, haramlarını yalnız Qurandan alan, İslama özünə görə şərhlər və bidətlər qatmadan yaşanan Müsəlmanlıqdır.

- Bu gün bir müsəlmanın Quranın şərtlərinə tam uyğun yaşaması nə dərəcədə mümkündür? Sizcə, Türkiyə şəriət yolundamı irəliləyir?

- Bu bütün hallarda mümkündür. İslam dini asandır. Haramlar bəllidir. Halallığın əhətə dairəsi də çox genişdir. Bir insan islamı yaşamaq istədiyi zaman vaxt və məkanın heç bir fərqi yoxdur. Bunu çox asanlıqla yaşaya bilərlər.

Allah İslam dininin asan olduğunu, insan gücünü aşacaq heç nəyin olmadığını ayələrlə açıqca bəyan edib. “Şəriət” kəlməsi Quran əxlaqına tam mənada uyğunlaşaraq yaşamaq deməkdir. Ancaq bu gün şəriət deyiləndə Quran əxlaqına uyğun islam anlayışı ağıllara gəlmir. Dinə sonradan əlavə olunan bidətlərlə yaşanan bir model ağla gəlir. Amma Qurana tam əməl olunduqda demokratiyanın, azadlıq və müstəqilliyin, sənətin, elmin ən gözəl tərəfləri ortaya çıxır.

Demokratiya, düşüncə və ifadə azadlığı Quranın 1400 il bundan öncə insanlara buyurduğu rahatlıqdır. Unudulmamalıdır ki, Peyğəmbərimizin (s.a.v) zamanında əsri-səadət dönəminin olmasının əsas səbəbi insanların Quran əxlaqını ən saf və gözəl halı ilə yaşamalarıydı. Yəni Quran əxlaqına uymaq həmin insanlara səadət, xoşbəxtlik, rahatlıq, sülh və qardaşlıq ruhu bəxş etmişdi.

Belə ki, kitab əhli hətta ateistlər də Peyğəmbərimizin zamanında (s.a.v ) əsri-səadətin (səadət əsri) yüksək ruhunu bütün mənalarda yaşayıblar. Türkiyə buna layiq bir Cümhuriyyətdir. Prezidentimiz də, baş nazirimiz də və digər dövlət məmurlarımız da dindar və demokrat insanlardır. Onlar Quranı düzgün anlayan, yaxşı şərhlər edən, cəhalətdən uzaq bir siyasət yeridən və müasir dünya görüşlü insanlardır. Onların öz həyat tərzləri də buna bir nümunədir.

Onu da qeyd edim ki, cəhalət bütün xüsusiyyətləri ilə türk millətinin ruhuyla ziddiyyət təşkil edən bir sistemdir. Anadoludakı İslam anlayışının gözəlliyi, azadlığı və istiliyi bir çox Yaxın Şərq ölkəsi üçün yüz illərdir ki, yaxşı bir model olmuşdur və olmağa da davam edəcək!

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti