Yataqxana yandı

Yataqxana yandı
  20 Fevral 2013    Oxunub:2087
Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) yataqxanasında yanğın baş verib.
Bu barədə FHN-in rəsmi saytında məlumat verilib. Məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda Azərbaycan Dövlət Neft Akademiyasının hündürmərtəbəli yataqxanasında yanğın baş verib. Belə ki, səhər sübh çağı yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 16 kv.m olan 1 otağın yanar konstruksiyaları yanıb.
Qonşu otaqlar yanğından mühafizə olunub.
Yanğın saat 07:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti