Respublika stadionunun ot örtüyü dəyişdiriləcək?

Respublika stadionunun ot örtüyü dəyişdiriləcək?
  08 Avqust 2015    Oxunub:2313
“Tofiq Bəhrəmov adına Respublika stadionunun ot örtüyü bərpa olunacaq”
Bunu AzVision.az-a açıqlamasında stadionun direktoru Akif İsmayılov bildirib.

Onun sözlərinə görə, “Qarabağ”ın “Yanq Boyz” ilə oyunu üçün ot örtüyü yaxşı vəziyyətə gətiriləcək və heç bir problem olmayacaq: “Hazırda stadionda olan ot örtüyü bərpa olunacaq. Orada elə də böyük bir problem yoxdur. Bəzi hissələrdə saralma olmuşdu və həmin ərazi bərpa olunacaq”.

Stadionun ot örtüyünün durumuna cavabdeh olan şirkətin cəzalanması məsələsinə gəlincə, direktor belə bir addımın atılmayacağını deyib.

“Onlar ot örtüyünü növbəti oyuna kimi bərpa etməyə çalışacaqlar. Heç kim istəməzdi belə olsun. Növbəti oyunda hər şey yaxşı olacaq. Narahat olmağa əsas yoxdur”.

Qeyd edək ki, Tofiq Bəhrəmov adına Respublika stadionun ot örtüyünün durumuna “Football & Sports Management” (FSM) şirkəti cavabdehdir.

Mətbuatda FSM şirkətinin Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun himayəsində olduğu bildirilir.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti