Azərbaycanda meşə yandı

Azərbaycanda meşə yandı
  07 Avqust 2015    Oxunub:1507
Bu gün saat 14 radələrində Goranboy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Yeni Ağcakənd meşəbəyliyinin 8a saylı dolayında naməlum səbəblərdən yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az - a verilən məlumata görə, yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşlarının səyləri nəticəsində qısa müddət ərzində söndürülüb. Yanğın 50 sot ərazini əhatə edib və meşə fonduna ciddi ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.

Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.


Teqlər:  





Xəbər lenti