Kreditə görə daha bir iş adamı tutuldu

Kreditə görə daha bir iş adamı tutuldu
  07 Avqust 2015    Oxunub:2235
Mingəçevir “İzolit” ASC Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Mehman Mehdiyev həbs olunub.
AzVision.az xəbər verir ki, bu barədə aznews.az-a açıqlamasında vəkil Adəm Məmmədov məlumat verib. Vəkilin sözlərinə görə, M.Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2 (dələduzluq) maddəsi ilə ittiham olunub:

“Hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq aparılır. O, böyük məbləğdə, təxminən 30 milyon ABŞ dolları kredit götürüb. 17 milyon ABŞ dollarının ödənişini artıq həyata keçirib. 12 milyon 7 min ABŞ dolları məbləğində kredit borcu qalıb. Təminat kimi o, səhmdar cəmiyyətin binasını, 15 hektar torpaq sahəsi və müəsissənin fəaliyyəti ilə bağlı avadanlıqları girov qoyub. Hansı ki, o avadanlıqlar xarici ölkələrdən gətirilib və qiyməti çox bahadır”.

A.Məmmədov qeyd edir ki, M.Mehdiyev özünü təqsirli hesab etmir: “Çünki başqalarından fərqli olaraq girovu var. Müəsissənin 20 milyon dollar civarında qiyməti var”. Vəkil qeyd edir ki, hazırda M.Mehdiyevin səhhətində ağır problemlər yaranıb: “Çox ağır xəstədir”.

Qeyd edək ki, M.Mehdiyev əvvəllər enerji sahəsində çalışıb. Sumqayıt Elektrik Şəbəkəsinin İdarə Heyətinin sədri olub.


Teqlər:  





Xəbər lenti