Qurban bayramında 4 gün iş olmayacaq

Qurban bayramında 4 gün iş olmayacaq
  07 Avqust 2015    Oxunub:3754
Bu il Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Report”a Nazirlər Kabinetindən məlumat verilib.

Belə ki, NK-nin “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, iki gün - sentyabrın 24-ü və 25-i Qurban bayramıdır. Növbəti iki gün (26-27 sentyabr) isə şənbə və bazara təsadüf edir. Bu səbəbdən də gələn ay Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.


Teqlər:





Xəbər lenti