Gömrükdə yoxlama- Düz bağırsağında narkotik tapıldı

Gömrükdə yoxlama- Düz bağırsağında narkotik tapıldı
  07 Avqust 2015    Oxunub:2091
Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Səxavət Əhmədovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 4 ədəd bükümdə, ümumi xalis çəkisi 41,050 qram olan narkotik vasitə - tiryək aşkar olunub.
Dövlət Gömrük Komitəsindən AzVision.az - a verilən məlumata görə, İrandan Azərbaycana piyada yolla gələn digər Azərbaycan vətəndaşı Aqşin Şahbazlının üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) 2 ədəd bükümdə, ümumi xalis çəkisi 21,275 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 4,028 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Hər iki faktla bağlı təhqiqat aparılır.


Teqlər:





Xəbər lenti