Azərbaycanın İranla sərhədində atışma

Azərbaycanın İranla sərhədində atışma
  07 Avqust 2015    Oxunub:3688
Bir qrup şəxsin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçməsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyindən AzVision.az - a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsinin Regional Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən bir qrup şəxsin qarşısı alınıb, onlar silahlı müqavimət göstərərək geri çəkiliblər.

Hadisə yerinə baxış zamanı 4 kiloqram 425 qram tiryək aşkar edilərək götürülüb.


Teqlər:  





Xəbər lenti