Prezident Ramiz Həsənovun qardaşına vəzifə verdi

Prezident Ramiz Həsənovun qardaşına vəzifə verdi
  07 Avqust 2015    Oxunub:6348
Prezident İlham Əliyev Dursun Ayvaz oğlu Həsənova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az report-a istinadən xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstandakı səfirinin müavini təyin edilib.

Qeyd edək ki, Dursun Həsənov Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun qardaşıdır.


Teqlər:





Xəbər lenti